"Karvan" qrupunun yaradıcılarından biri vəfat etdi

23:57 07.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əfsanəvi "Karvan" qrupunun yaradıcılarından biri olan Sevinc Kərimova vəfat edib.

Hafta.az xəbər verir ki, bu barədə aparıcı Leyla Quliyeva sosial şəbəkə hesabında məlumat paylaşıb. O bildirib ki, Sevinc Kərimova “Karvan” qrupunun və Bakı Payızı müsabiqəsinin yaradıcılarından biri olub, həmçinin bəstəkar Mikayıl Vəkilovun həyat yoldaşı idi.

Sevinc Kərimova ailəsi ilə birlikdə ABŞ-da yaşayırdı.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sevinc Kərimova "Tərəqqi" medalı ilə təltif olunanlar arasında olub.